Vaxt.Az

Qazprom sanksiyalara qarşı işləri sürətləndirir


 

Rusiya təcili olaraq «Türk axını»na paralel ikinci xətt də çəkilir

Qazprom sanksiyalara qarşı işləri sürətləndirir ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi barədə məlumatlardan sonra Rusiyanın boru xətlərinin gələcəyi müzakirə edilməyə başlayıb. «Reuters» informasiya agentliyi Qazpromun Avropa istiqamətində yeni boru xətlərini sürətləndirmə qərarı qəbul etdiyini yazıb.

«Reuters»in məlumatına görə, Ağ Ev KKremlin boru xətlərinə təsir göstərəcək sanksiyalar tətbiq etməyi düşünmür.

Lakin Rusiyaya qarşı sanksiyalar bu xətlərin maliyyə xərlcərini artıra bilər. Bunun səbəbi isə borcların artmasıdır.

Qərbli investorların sanksiyalar ucbatından layihələrdən geri çəkiləcəyindən narahat olan Kreml buna cavab olaraq boru xətlərinin inşaatını sürətləndirib.

Qara dəniz vasitəsilə Türkiyəyə çatdırılması planlaşdırılan «Türk Axını» xəttinin Türkiyədə hara bağlanacağı məlum deyil. Lakin bu boru xəttini inşa edən İsveç şirkəti «Allseas Group» Qazpromun tələbiylə inşaatı sürətləndirib.

«Reuters» Qazpromun Avropaya daha çox qaz ixrac edə bilməsi üçün «təcili» «Türk Axını»na paralel olaraq ikinci bir boru xəttinin inşaatına başladığını da yazıb. Agentliyə açıqlama verən yüksək vəzifəli Qazprom nümayəndəsi «Gələcəkdə sanksiyalardan ziyan görmək ehtimalını nəzərə alaraq indidən yeni bir xətt inşa edirik» deyib.

ABŞ-ın keçmiş sanksiyalar nazirinin vəkili və Kolumbia universitetinin Qlobal Enerji Siyasətləri Mərkəzinin nümayəndəsi Riçard Nepyu (Richard Nephew) böyük şirkətlərin risklər artmadan boru xətlərini sürətlə inşa etdirmək istədiyini, bu səbəbdən də layihələrin sürətləndirildiyini söyləyib.

«Reuters»ə açıqlama verən Nepyu «Bir çox şirkət 12 ayım, bəlkə də 18 ayım var. Ondan sonra nə olacağı məlum deyil deyə düşünür» ifadələrindən istifadə edib.

Rusiyanın inşa etdiyi digər bir xətt də Baltik dənizindən Almaniyaya uzanacaq «Şimal Axını 2» (Nord Stream 2) xəttidir.

1.225 kilometrlik xəttin malliyyələşdirilməsi üçün Almaniyadan «Wintershall» və «Uniper», Avstriyadan OMV, Böyük Britaniya və Niderlanddan «Shell» və Fransadan «Engie» şirkətləri 1,13 milyard dollarlıq sərmayə vəd edib.

Avropa İttifaqı (Aİ) ABŞ-ın Aİ şirkətlərinin sanksiyalardan ziyan görməyəcəyi barədə təminat verməsini tələb edir.

«Şimal axını 2» xətti üçün kredit alan Avropa şirkətləri Rusiya ilə iş görməyin «xərc riski» səbəbiylə bazar nisbətindən daha yüksək faizlərlə borclanmışdılar.

 





04.08.2017    çap et  çap et