Vaxt.Az

Rusiya daha bir sanksiya zərbəsi


 

Bu dəfə Avropadan

Rusiya daha bir sanksiya zərbəsi Avropa İttifaqı Şurası Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu, «Siemens» şirkətinə məxsus turbinlərin Rusiya tərəfindən Krıma ixracı ilə bağlıdır.

«Qara siyahı»da üç fiziki şəxs və üç kampaniya yer alıb. Sanksiya həm də Rusiyanın iki rəsmi şəxsinə şamil ediləcək. Onlardan biri energetika nazirinin müavini Andrey Çerezovdur.

Rəsmilər qaz turbinlərinin Krım yarımadasına daşınmasını reallaşdırıblar. Həmin avadanlıq isə «Siemens» şirkəti tərəfindən Rusiyaya yalnız adı çəkilən ölkə ərazisində istifadə edilməsi məqsədilə satılıb.

Rusiya Xarici İşlər Nazirliyindən yeni sanksiyalar düşünülməmiş addım kimi dəyərləndirilib və bunun cavabsız qalmayacağı bildirilib.

 





05.08.2017    çap et  çap et