Vaxt.Az

Prezident Şəhidlər xiyabanını ziyarət edib


 

İlham Əliyev «Əbədi məşəl»in önünə əklil qoyub

Prezident Şəhidlər xiyabanını ziyarət edib Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında olub. Dövlət başçısı 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, «Əbədi məşəl» kompleksi önünə əklil qoyub, şəhidlərin xatirəsini yad edib.
Azərbaycanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.
1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə Bakıya daxil olaraq dinc əhaliyə qarşı terror aktı həyata keçirib. Nəticədə, 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

 





20.01.2014    çap et  çap et