Vaxt.Az

Sərdar Ortac evlənir


 

Ebru Gündeş həmkarını dəstəkləyib

Sərdar Ortac evlənir Türkiyənin məşhur müğənnisi Sərdar Ortac evlənmək qərarına gəlib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, illərdir güvənə biləcəyi və onu xoşbəxt edə biləcək qız axtarışında olan müğənni Litvadan olan Çloe Louhnan ilə evlənmək qərarına gəlib.Bu xəbəri sənətdə olmasının 20-ci ildönümünü qeyd edən Ebru Gündeş tamaşaçılar qarşısında söyləyib. Belə ki, Ebru Gündeşlə gecədə duet səsləndirən Sərdar Ortac bildirib ki, Ebru Gündeş ona dəstək olan ilk dostudur: «Ebru ilk əlimdən tutan, mənə dəstək olan insandır. Həbsxanada olanda, atam vəfat edəndə mənim yanımda oldu. Onu çox sevirəm, amma o da evlidir».
Ebru Gündeş isə öz növbəsində Sərdar Ortacın litvalı qızla evlənmək qərarına gəldiyini deyib.
 





31.12.2012    çap et  çap et