Vaxt.Az

«Yeganə hədəf qazdır»


 

«Türkmənistan mavi yanacağının İran və Ermənistan üzərindən Avropaya daşınması utopik ideyadır»

«Yeganə hədəf qazdır» «Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir». Bu sözləri «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün «Facebook»dakı səhifəsində yazıb.

Siyasi şərhçi işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvanın gözünü türkmən qazına dikdiyini bildirib: «Ermənistan türkmən qazını İrandan alaraq Gürcüstan üzərindən Avropaya çatdırmaq istəyir. Bu ideyanın utopiya olmasına baxmayaraq, İrəvan ümidini itirmir. Məsələn, Sərkisyan Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan formatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır.

Bundan əvvəl isə Ermənistanın baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə həm İranın, həm də Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla, mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər: Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır».

 





09.08.2017    çap et  çap et