Vaxt.Az

Öcalan marta qədər vaxt verib


 

«AKP, hər şeyə iqtisadi qazanc üzərindən baxır»

Öcalan marta qədər vaxt verib Avropada fəaliyyət göstərən qeyri-qanuni Kongra-Gel təşkilatının başçısı Rəmzi Qartal, Şimali İraqda kürdcə nəşr olunan Hawlati qəzetinə açıqlama verib. O, bildirib ki, İmralıda olan Abdullah Öcalan «kürd problemi»nin həlli müddəti mövzusunda lazımi addımların atılması üçün AKP hökumətinə martda keçiriləcək bələdiyyə seçkilərinin sonuna qədər vaxt verib.
Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rəmzi Qartalın bu müddətin bitimindən sonra Ərdoğan hökumətinin ciddi addımlar atması vacib deyib. AKP-nin siyasətinin qazanc üzərinə qurulduğunu iddia edən R.Qartal «AKP, hər şeyə iqtisadi qazanc üzərindən baxır. İraq Kürdüstanı hökuməti ilə də bu istiqamətdə belə bir əlaqə yaradılmışdır».
R.Qartal İraqdakı regional kürd rəhbərliyinin Türkiyədəki «kürd problemi» və Suriyadakı Rojava bölgəsi mövzusunda AKP-nin İraqdakı bir qolu kimi siyasət fəaliyyətlə məşğul olduğunu da qeyd edib.
 





20.01.2014    çap et  çap et