Vaxt.Az

Tramp yenə «vurarıq» dedi


 

Pxenyan raketlərini ABŞ bazalarına tuşladı

Tramp yenə «vurarıq» dedi ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya xəbərdarlıq edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, əgər rəsmi Pxenyan ölkəsinə qarşı təhdidləri davam etdirəcəksə, dünyada indiyədək görülməyən qorxunc, şiddətli cavab zərbəsilə qarşılaşacaq.

D. Trampın bu açıqlamasına ilk reaksiya elə ABŞ-ın özündən gəlib. Respublikaçılar partiyasından olan senator Con Makkeyn bildirib ki, prezidentin təhdid dolu bəyanatı Vaşinqtonla Pxenyan arasındakı münaqişəni daha da alovlandırmağa hesablanıb.

Bu artada Şimali Koreyanın ABŞ-ın Sakit okeandakı Quam adasında yerləşən hərbi obyektlərinə «Hvanson-12» uzaqmənzilli raketləri vasitəsilə preventiv zərbələr endirməyə hazırlaşdığı məlum olub. Hədəflər arasında «B-52» bombardmançılarının olduğu «Andersen» aviabazası da var.

Rəsmi Pxenyanın sözçüsü bildirib ki, bu məqsədlə ölkənin hərbi aviasiyası döyüş hazırlığı vəziyyətinə gətirilib.

 





09.08.2017    çap et  çap et