Vaxt.Az

... Çin nə edəcək?


 

ABŞ Şimali Koreyanı vurarsa, ...

... Çin nə edəcək? «Şimali Koreya ABŞ-ın addımlarına cavab verəcəyi təqdirdə Çin öz neytrallığını qorumalıdır». Bu fikirlər «Global Times» nəşrində yer alıb.

«Çin Vaşinqtonla Pxenyanı geri çəkilməyə məcbur edə bilməz. Bununla belə Pekin tərəfləri ölkə maraqlarına təsir edəcək hallar olduqda sərt cavab tədbirləri görəcəyi, habelə ABŞ və Şimali Koreya arasınakı mümkün hərbi münaqişə zamanı neytral mövqe sərgiləyəcəyi barədə məlumatlandırmalıdır».

Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya şiddətli zərbə endiriləcəyinin anonsunu verib. Buna cavab olaraq rəsmi Pxenyanın ABŞ-ın Sakit okeandakı hərbi obyektlərini məhv edəcəyini bildirib. (APA TV)

 





11.08.2017    çap et  çap et