Vaxt.Az

Rusiya Xəzərə 7 hərbi gəmi göndərir


 

Xəzər donanması üçün əlavə xilasetmə gəmisi tikilir

Rusiya Xəzərə 7 hərbi gəmi göndərir Rusiya Xəzər dənizindəki hərbi donanmasını gücləndirir. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2013-cü ildə Rusiyanın Xəzər dənizindəki donanmasına 5 döyüş gəmisi və 2 yardımçı gəmi daxil ediləcək.Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, bu ilin yayında donanmaya «Uqliç» və «Qrad Sviyajek» kiçik raket gəmiləri daxil ediləcək. Yeni gəmilər ölkənin dənizdəki iqtisadi zonalarını qoruyacaq. Bütün gəmilərdə yeni raketlər quraşdırılıb. Eyni zamanda yüksək sürətli və manevr qabiliyyətli çoxtəyinatlı «Qraçonok» katerinin də tikintisi davam etdirilir. Katerin bu ilin birinci yarısında suya buraxılması planlaşdırılıb.
Payızda isə Rusiya «Serna» layihəsi çərçivəsində Xəzərdəki donanmasını 3 desant kateri ilə gücləndirəcək. Xəzər donanması üçün Həştərxanda qəza-xilasetmə gəmisi də tikilir.
 





31.12.2012    çap et  çap et