Vaxt.Az

Urmiya gölü sahilində iməclik


 

Azərbaycan Harayı Cəmiyyətinin təşəbbüsünə xeyli insan qatılıb

Urmiya gölü sahilində iməclik Urmiya gölünün quruma təhlükəsi güney azərbaycanlıların ətraf-mühitə olan qayğılarını artırıb. Məlumata görə, bir qrup soydaşımız Urmu gölü ətrafında iməcilik keçirərək ərazini zibil və məişət tullantılarından təmizləyiblər.

Urmiya Azərbaycan Harayı Cəmiyyəti tərəfindən təşkil olunan iməciliyə çox sayda insan qatılıb.

Sahildə vaxtaşırı keçirilən iməciliklər, təbiəti təmizləməkdən başqa Urmiya gölü böhranını da gündəmə gətirdiyi üçün yerli əhali tərəfindən bir ənənəyə çevrilib.

 





12.08.2017    çap et  çap et