Vaxt.Az

«Dərhal soyunun...»


 

Quam əhalisinə təlimat yayıldı: «Nüvə göbələyinə baxmaq olmaz»

«Dərhal soyunun...» ABŞ ərazisi sayılan Quam adasında rəhbərlik cümə günü potensial atom bombası hücumuna hazırlıq üçün təlimat açıqlayıb. Qeyri-adi şəkildə detallı açıqlamada Şimali Koreya hərbçiləri bəyan ediblər ki, bir həftənin içərisində onlar rejim lideri Kim Çen Ina Huasonq-12 raketlərini 3,300 kilometr cənubda yerləşən Quama Yaponiya üzərindən atmaq planını təqdim edəcəklər.

Şimali Koreya Quamı nüvə hücumu ilə hədələməyib, lakin ABŞ-la Pxenyan arasında artan gərginliklər regionda nüvə konfliktinin baş qaldıracağına dair qorxuları artırıb.

Hərçənd ki, Quam qubernatoru Şimali Koreyanın raket xəbərdarlığına reaksiyasında narahatlığa əsas olmadığını bildirib, hökumət hazırlıq barədə təlimat açıqlayıb. 

ABŞ-ın Sakit okeandakı Quam adalarının Milli Təhlükəsizlik İdarəsi ada əhalisinə Şimali Koreyanın mümkün nüvə zərbəsi zamanı hansı tədbirlər görməli olduqları barədə xəbərdarlıq edib. Soyuq Müharibə dönəmini xatırladan təlimat tipli xəbərdarlıqda nüvə hücumundan öncə, hücum zamanı və sonra nə etmək olduğu deyilir. Bu haqda «The Washington Post» yazır.

Xəbərdarlıq iki səhifəlik yaddaş vərəqəsindən ibarətdir. Orada göstərilir ki, əgər Pxenyan Quam adalarına nüvə başlıqlı ballistik raketlə zərbə endirsə əhali sakitliyə riayət etməli, ilk növbədə ailə üzlərinin qeydinə qalmaldır. Bundan əlavə hakimiyyət ada əhalisinə xəbərdarlıq edir ki, nüvə partlayışına və nüvə göbələyinə tamaşa etmək olmaz, çünki bu, onların gözlərini kor edə bilər: «İstənilən hansısa predmetin vı ya qoruyucu obyektin arxasında gizlənməyə çalışın. Bu, radioaktiv dalğalardan qorunmağa imkan verər».

Təlimatda həmçinin xüsusilə vurğulanır ki, radiasiyanın yayılmasına imkan verməmək üçün dərhal soyunmaq lazımdır. ««Radioaktiv maddəni yayılmaqdan saxlamaq üçün paltarlarınızı çıxarın. Üst paltarı çıxarmaq radioaktiv materialın 90 faizini aradan qaldıra və sizi qoruya bilər», - deyə xəbərdarlıqda bildirilir.

Milli Təhlükəsizlik İdarəsi bildirir ki, nüvə çirklənməsi zonasına məruz qalacaq ərazilərdə qalanlar başlarını şampunla yusunlar, ancaq saçlar üçün kondisionerlərdən istifadə etməsinlər.

Təlimatda valideynlərə uşaqlarla bağlı nə etməyə dair məsləhətlər də verilir.

«Olduğunuz yerdə qalın - hətta ailənizdən ayrı düşsəniz belə. Xəbərlərə qulaq asın. Məktəbə zəng etməyin. Səbirli olun. Övladınızı necə götürmək barədə təlimatları gözləyin».

Quamda hazırda 163,000 adam yaşayır. Burada ABŞ hava qüvvələrinin bazası və B-1 bombardmançı təyyarələri qərargahlanır.

Xəbər verildiyi kimi avqustun 9-da Şimali Koreya komandanlığı ABŞ-ın Quam adalarına nüvə başlıqlı ballistik raketlərlə zərbə endirilməsi planını hazırladıqları, planının tezliklə Kim Çen Ina təqdim olunacağını elan edib. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı «misli görünməmiş qəzəb və zərbələrlə» hədələyib. Hazırda ABŞ-la Şimali Koreya arasında müharibə riski xeyli yüksəkdir. Quam adalarındakı «Andersen» aviabazasında mənzillənmiş B-1B «Lancer» strateji bombardmançıları Şimali Koreyaya zərbələr endirmək üçün hazır vəziyyətdə gözləyir. Pentaqon Pxenyana preventiv zərbələr planının hazır olduğunu bildirib.

 





12.08.2017    çap et  çap et