Vaxt.Az

«Hövsələli ol»


 

Çin lideri Trampa məsləhət

«Hövsələli ol» Çin prezidenti Si Tsinpin ABŞ lideri Donald Trampı Şimali Koreya ilə bağlı problemin daha da gərginləşməsinə səbəb ola biləcək söz və hərəkətlərdən çəkindirməyə çalışıb.

Liderlər arasında telefon söhbəti avqustun 12-də olub. Ağ Ev həmin gün bəyanat da yayaraq Şimali Koreyanı «təxribatçı hərəkətləri dayandırmağa» çağırıb, eləcə də BMT-nin bu ölkəyə qarşı son sanksiyalarını «mühüm addım» adlandırıb.

Telefon söhbəti zamanı Tramp Çin liderini çağırıb ki, Şimali Koreyanın nüvə proqramını dayandırmaq üçün daha çox səy göstərsin.

Şimali Koreya öz ballistik raketləri ilə ABŞ-a zərbə endirə biləcəyini bildirib.

D.Tramp isə deyib ki, ABŞ-ın buna cavabı «qəzəbli» olacaq.

 





12.08.2017    çap et  çap et