Hər iki tərəf sənədin Koreya yarımadasında sülhün və təhlükəsizliyin təminatı baxımdan əhəmiyyətini qeyd edib.
Tramp və Tsinpin Pxenyanın nüvə sınaqlarına dərhal son qoymasının vacib olduğunu bildiriblər.
Xatırladaq ki, son günlər ABŞ və Şimali Koreya arasında münasibətlər ən gərgin səviyyəyə çatıb. Tramp və Pentaqon rəhbəri Ceyms Mattis Amerika ordusunun hazır olduğunu, Şimali Koreyanın nüvə proqramına son qoymayacağı təqdirdə hərbi müdaxilənin qaçılmazlığını bəyan ediblər. Öz növbəsində Pxenyan Sakit okeandakı Quam adasında yerləşən ABŞ hərbi bazalarına zərbələr endirəcəyini bəyan edib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Şimali Koreyanın nüvə proqramının əleyhinə çıxış edib. O, eyni zamanda adı çəkilən iki ölkə arasında müharibə riskinin yüksək olduğunu vurğulayıb. Rusiyanın Uzaq Şərqdəki qoşunlarına isə döyüşə hazırlıq əmri verilib.