Vaxt.Az

Venesuela Trampın bəyanatını «ağılsızlıq» adlandırıb


 

Ağ Evdən Nicolas Maduronun telefonla danışmaq istəyinə «Yox!» dedilər

Venesuela Trampın bəyanatını «ağılsızlıq» adlandırıb Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ABŞ prezident Donald Trump-ın son bəyanatını «ağılsızlıq» adlandırıb. Tramp deyib ki, ABŞ Venesueladakı proseslərə müdaxilə edə bilər, hətta hərbi müdaxilə variantı da istisna deyil.

Tramp avqustun 11-də deyib ki, «Venesuelada vəziyyət təhlükəli həddə çatıb, insanlar ölürlər».

Onun sözlərinə görə, Venesuelaya qarşı hərbi müdaxilə variantı da istisna deyil, «ABŞ-ın dünyanın bir çox ucqar nöqtələrində qoşun hissələri var, Venesuela isə çox yaxındadır».

Neftin qiyməti kəskin düşdüyü üçün Venesuela iqtisadiyyatı böhran içindədir.

Bundan başqa son aylarda hökumətə qarşı etiraz aksiyalarında 120-dən çox insan ölüb.

Müxalifət Konstitusiya Assambleyasının yaradılmasına etiraz edir.

Gözlənilir ki, assambleya Ana yasaya dəyişiklik edəcək, beləcə müxalifətin nəzarətində olan parlamentin səlahiyyətlərini azaldacaq.

Bundan əvvəl Venesuela prezidenti Nikolas Maduro Donald Trampla telefonla danışmaq istəyib, amma Ağ Evdən «yox» cavabı alıb.

 





12.08.2017    çap et  çap et