Vaxt.Az

Raketlər Pxenyana tuşlandı


 

Yaponiya da müharibəyə qoşulmağa hazırdır

Raketlər Pxenyana tuşlandı Yaponiya Raketdən Müdafiə Sistemlərinin üzünü Şimali Koreya istiqamətinə çevirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunun rəsmi Pxenyanın açıqlaması ilə əlaqəli olduğu qeyd edilir.

Bir neçə gün öncə Şimali Koreya rəsmiləri Trampın hədələrinə cavab olaraq ABŞ-ın Sakit okeandakı Quam adasında yerləşən hərbi bazalarının vurulacağını bəyan edib. Bəyanatda vurğulanır ki, raketlər məhz Yaponiya üzərindən uçacaq.

Sözü gedən amerikalı istehsalı olan «Patriot PAC-3» müdafiə sistemi isə Şimali Koreyanın «Xvason-14» orta mənzilli ballistik raketlərini zərərsizləşdirməyə qadirdir.

Xatırladaq ki, rəsmi Tokio Şimali Koreyanın bəyanatını Yaponiya üçün milli təhlükə adlandırıb.

 





12.08.2017    çap et  çap et