Vaxt.Az

«Böyük perspektivlər var...»


 

General Zakir Həsənov Moskvada jurnalistlərə danışdı

«Böyük perspektivlər var...» Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində hərtərəfli tərəfdaşlığı inkişaf etmək niyyətindədirlər. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

«Əməkdaşlığımız hərbi sahənin bir çox istiqamətləri üzrə inkişaf edir – hərbi-texniki əməkdaşlıq, hərbi tədris, birgə təlim və məşğələlər. Hesab edirəm ki, perspektivlərimiz böyükdür, bu əməkdaşlığı inkişaf etdirəcəyik», - o deyib.

Z.Həsənov bildirib ki, Rusiya və Azərbaycan Xəzər dənizində birgə təlim keçiriblər. Azərbaycandan bir çox zabit və kursantlar RF-in hərbi tədris müəssisələrində təhsil alırlar.

«Rusiya istehsalı olan xeyli texnika ordumuzun ixtiyarındadır», - Həsənov əlavə edib.

«Tank biatlonu» barədə danışarkən o, yarışların təşkil edilməsini yüksək qiymətləndirib və xatırladıb ki, Azərbaycanda «Xəzər Kuboku» keçirilib və burada dörd ölkənin hərbi-dəniz qüvvələri iştirak edib.

«Bu oyunların təşkilatçısı və ilhamçısı Rusiyadır. Hərbi oyunlar populyarlıq qazanır. Onlarda getdikcə daha çox ölkə iştirak edir», - Zakir Həsənov bildirib.

 





13.08.2017    çap et  çap et