Eyni zamanda Amerikanın milli təhlükəsizlik rəsmiləri Şimali Koreya ilə hərbi qarşıdurmanı istisna etmir, müharibə ehtimalının artdığını bildirir.
Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) direktoru Mayk Pompeo Şimali Koreyanın ABŞ-ı hədəf ala biləcək raketlər istehsal etməsini ciddi bir təhlükə adlandıraraq, administrasiyanın buna cavabsız qalmayacağını vurğulayıb.
Prezident Donald Trampın milli təhllükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmaster deyib ki, biz müharibəyə ötən həftə olduğu qədər yaxın deyilik, lakin on bundan əvvəlki qədər yaxınıq.
ABŞ-la Cənubi Koreyanın birgə illik hərbi təlimləri ayın sonunda başlamalıdır. Şimali Koreya həmişə bu təlimlərin əleyhinə çıxış edib.