Vaxt.Az

ANAMA Gədəbəydə cəbbəxana aşkar edib


 

18 əl qumbarası, 6 tank əleyhinə raket, 4 şaşka, avtomat daraqları, 100-lərlə müxtəlif sursat

ANAMA Gədəbəydə cəbbəxana aşkar edib Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 12-si və 13-də Gədəbəy rayonu Söyüdlü kəndi (Bakıdan 477 kilometr qərb) ərazisində əməliyyat keçirib. Bu barədə agentlik məlumat yayıb.

Məlumatda bildirilib ki, Daxili İşlər Nazirliyinin «102» Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində çayın içərisində 3 ədəd mərminin aşkar olunması barədə informasiya daxil olub.

Agentliyin əməkdaşları Söyüdlü kəndi ərazisindəki su hövzəsinə baxış keçiriblər.

«Aparılan təcili əməliyyat axtarış tədbirləri nəticəsində orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olması aşkar olundu. Hərbi sursatların sayının çox olmasını, günün sona çatmasını və havanın qaralmasını nəzərə alaraq əməliyyat avqustun 13-də də davam edib.

Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1) aşkarlanıb».

Agentlik bildirir ki, aşkar edilən sursat arasında 6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkası və avtomat daraqları aşkarlanıb.

Məlumatda qeyd edilib ki, sursat Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

 





14.08.2017    çap et  çap et