Vaxt.Az

Dayanacaq savaşı qəzayla bitdi


 

Hadisəyə səbəbkarsa taksi sürücüləridir

Dayanacaq savaşı qəzayla bitdi Bakıda avtobus və taksi sürücülərinin dayanacaq uğrunda savaşı sərnişinlərin başında çatlayıb. Milli.az dayanacaqların taksi sürücüləri tərəfindən zəbt edilməsilə əlaqədar problemin ən çox baş verdiyi yerdən dəfələrlə reportaj hazırlayıb. Bu gün həmin ərazidə yol qəzası törədilib.
Taksilərin özünə məskən etdiyi dayanacağa daxil olmağa nail olmayan iki avtobus toqquşub. «İsuzu» markalı sərnişin avtobusu qarşısında dayanan eyni markalı avtobusa çırpılıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan olmasa da, onlar həyəcan içərisində avtobusu tərk ediblər. 
Maraqlısı odur ki, qəza hadisəsini çəkən zaman əraziyə yol polisi və post-patrul əməkdaşları gəlsələr də, dayanacağı zəbt etmiş taksi sürücülərinə irad tutan olmayıb.
 





21.01.2014    çap et  çap et