Vaxt.Az

«... əvvəlki «Qarabağ» deyil»


 

Danimarka mətbuatı ağdamlılardan nə yazır?

«... əvvəlki «Qarabağ» deyil» «Qarabağ» əvvəlki «Qarabağ» deyil. Bunu Danimarkanın «The Copenhagen Post» qəzeti yazır.

Qəzet 1998-ci ildə «Kopenhagen»dən iki oyunda 10 qol yeyən «Qarabağ»ın gücləndiyini qeyd edir.

«Qarabağ» bir neçə gün əvvəl Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının play-off mərhələsinə yüksəlib.

Ağdam təmsilçisi Moldovanın «Şerif» klubunu üstələyib.

«The Copenhagen Post» xatırladır ki, «Qarabağ» son 4 ildə Azərbaycan çempionu titulunu qazanıb. Son illərdə qitə miqyaslı yarışmalarda uğurla çıxış edib, «Dnipro», «Anderlecht» və «PAOK» kimi komandaları məğlub edə bilib.

 





14.08.2017    çap et  çap et