Nəşrin bildirdiyinə görə, Moskva artıq indidən amerikalıların hərəkətinə adekvat cavab verməlidir.
Virtualaz.org-un əməkdaşı Azərbaycan Silahlı Qüvvələrinin hərbi akademiyasının müəllimi, polkovnik Xətai Baxışovdan bu məlumatı şərh etməyi xahiş edib. Hərbi ekspert bildirib ki, bu informasiya həqiqətə uyğun deyil.
«Gürcüstanda Amerika bazalarının yerləşdiriləcəyi ilə bağlı məlumat artıq faktdır, Azərbaycana gəlincə, belə məlumata malik deyiləm. Ölkəmiz neytral siyasət yürüdür, heç bir hərbi bloka daxil olmur və düşünmürəm ki, rəsmi Bakı Amerika raketlərinin Azərbaycanda yerləşdirilməsinə razılıq versin. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan əməkdaşlıq üçün məkandır, rəqabət üçün deyil», - ekspert deyib.