Vaxt.Az

Avtomobil idxalı 55 faiz artıb


 

6 ayda 4 min 468 ədəd avtonəqliyyat vasitəsi gətirilib

Avtomobil idxalı 55 faiz artıb 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana 4 min 468 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin eyni dövründən 55 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında belə yazılır.

Hesabat dövründə 3791 min minik avtomobili alınıb. Bu, ötən ilin eyni dövründən 1334 ədəd çoxdur.

Eləcə də 519 yük avtomobili (+219 ədəd) və 111 avtobus və mikroavtobus (+67 ədəd) idxal edilib.

Bu ilin ilk 6 ayının yekununda da avtomobil idxalında artım müşahidə olunurdu.

Bu ilin birinci yarısında xaricdən alınan minik avtomobillərinin sayı 2 min 971 olmuşdu. Bu göstərici, ötən ilkindən 33 faiz çox idi.

Artım ölkədə işgüzar aktivliyin nisbətən çoxalması, eləcə də yerli avtomobil parkının köhnəlməkdə olması ilə izah olunur.

Ancaq ötən il avtomobil idxalının əvvəlki illə müqayisədə 7 dəfə azaldığı bildirilirdi.

 





14.08.2017    çap et  çap et