Vaxt.Az

Erməni «general» Raqqada parça-parça oldu


 

Qarabağda döyüşmüş radikal solçu Nubar Ozanyan «faciəli şəkildə» məhv edildi

Erməni «general» Raqqada parça-parça oldu Suriyada, İŞİD-in «paytaxtı» Raqqa uğrunda gedən döyüşlərdə YPG kürd silahlı birləşmələrinin komandiri, «Orxan Bakırçıyan» ləqəbli Nubar Ozanyan öldürülüb.

Virtualaz.org kürd və türk qaynaqlarına istinadən xəbər verir ki, Nubar Ozanyan Türkiyədə fəaliyyəti qadağan olunmuş Kommunist partiyasının liderlərindən biri olub, ötən əsrin 90-cı illərinin əvvəllərində (1991-1992) Qarabağda gedən döyüşlərdə ermənilərin tərəfində iştirak edib.

Terrorçu Ozanyanın neçə vaxtdır Suriyada Türkiyədən gedən PKK tərəfdarlarına təlim keçilməsinə rəhbərlik etdiyi bildirilir, o, qondarma «general» rütbəsinə də malik olub. YPG və PYD kürd birləşmələri PKK-ya bağlıdır, hazırda bu qruplaşmalar İŞİD-ə qarşı döyüşən əsas hərbi gücdür və Amerika tərəfindən dəstəklənir. Bu yaxınlarda Pentaqon YPG və PYD dəstələrinə yüzlərlə TIR dolu silah-sursat verib. Kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri alyansı Raqqaya hücuma keçib və şəhərin bir hissəsini nəzarət altına alaraq İŞİD terror qruplaşması ilə şiddətli döyüşlər aparır.

Kürd mənbələri bildirir ki, Nubar Ozanyan avqustun 14-də artilleriya mərmisinin partlaması nəticəsində «faciəli şəkildə» həlak olub. Onun cəsədi parça-parça olub, bir çox parçaları tapılmayıb. Nubar Ozanyanın öldürülməsi ilə bağlı Avropa ölkələrindəki PKK tərəfdarlarına onun xatirəsini anmaq üçün tədbirlərin təşkil olunması tapşırılıb.

 





17.08.2017    çap et  çap et