Vaxt.Az

60 kilsə xadimi pedofil çıxdı


 

60 min səhifəlik cinayət işi ABŞ məhkəməsinə göndəriləcək

60 kilsə xadimi pedofil çıxdı ABŞ-ın Çikaqo arxieparxiyasının 60-dan çox kilsə xadiminin pedofil olduğu müəyyən edilib. Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, bu gün pedofilin (azyaşlı oğlan uşaqları ilə seksual əlaqədə olmaq və yaxud zorlamaq - red.) cinayət əməli barədə məlumat ictimaiyyətə açıqlanacağı gözlənilir.
Çikaqo arxieparxiyası 2014-cü ilin yanvarın ortalarında 60 min səhifəlik material cinayət işi pedofil kilsə xadimlərinin maraqlarını təmin edəcək vəkillərə təqdim edilib.
Hüquqşünasların dediyinə görə, bu sənədlər sübut edir ki, on illər boyunca kilsə xadimləri tərəfindən azyaşlı oğlan uşaqlarına qarşı edilən seksual cinayətlər gizlədilib.
Bu məlumatların açıqlanması bir daha sübut edir ki, cinayətlərin barəsindəki informasiyalar arxieparxiya ilə zərərçəkənlər arasında genişmiqyaslı işbirliyini bir hissəsi saymaq olar.
Çikaqo apxieparxiyasının kardinalı Frensis Yucin Corc baş verən hadisələrlə bağlı üzr istəyərək bildirib ki, bu məsələ ilə bağlı problemlərin bir qismi məhkəməyə getmədən həll etmək olar.
Onu da əlavə edək ki, pedofil əlaqədə şübhəli bilinən bütün kilsə xadimlərinin siyahısı bütünlüklə Çikaqo apxieparsiyasının saytında yerləşdirilib.
 





21.01.2014    çap et  çap et