Vaxt.Az

«Real» doğma meydanda xal itirdi


 

«Real Sosyedad» isə qonağı darmadağın etdi

«Real» doğma meydanda xal itirdi Futbol üzrə İspaniya çempionatında 2-ci tura yekun vurulub. Turun ilk oyununda «Real Sosyedad» «Vilyarreal»ı qəbul edib və darmadağınla yola salıb.

«Qarabağ»ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi «Atletiko» səfərdə «Las Palmas»ı darmadağın edib - 5:1.

Çempion «Real» isə evdə «Valensiya»nı qəbul edib. Dörd qolun vurulduğu görüşdə Madrid təmsilçisi xal itkisi ilə üzləşib. 

Son günün digər üç oyununda isə qonaqlar hərəyə 1 qolla 3 xal qazanıblar.


İspaniya La Liqası

2-ci tur


25 avqust

«Real Sosyedad» - «Vilyarreal» 3:0

Qol: Xose, 25. Prieto, 34. Xuanmi, 45.


«Betis» - «Selta» 2:1

Qol: Leon, 31. Feddal, 77 - Qomes, 10.


26 avqust

«Alaves» - «Barselona» 0:2

Qol: Messi, 55; 66.


«Jirona» - «Malaqa» 1:0

Qol: Alkala, 28.


«Levante» - «Deportivo» 2:2

Qol: Bardi, 35. Lopes, 83-pen - Kartabia, 5. Sidney, 31.


«Las Palmas» - «Atletiko» 1:5

Qol: Kalyeri, 58 - Korrea, 3. Karrasko, 5. Koke, 62; 75. Tomas, 88.


27 avqust

«Eybar» - «Atletik» 0:1

Qol: Aduris, 38.


«Espanyol» - «Leqanes» 0:1

Qol: Mantovani, 28.


«Xetafe» - «Sevilya» 0:1

Qol: Qanzo, 83.


«Real» - «Valensiya» 2:2

Qol: Asensio, 10; 83 - Soler, 18. Kondoqbya, 77.

 





28.08.2017    çap et  çap et