Vaxt.Az

«İtirəcəyimiz heç nə yoxdur»


 

Dino Ndlovu: «Bizim üçün yaxşı sınaq olacaq»

«İtirəcəyimiz heç nə yoxdur» «Qarabağ»ın cənubi afrikalı forvardı Dino Ndlovu ölkəsinin mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu «Qarabağ»ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb. Ndlovu çətin qrupa düşdüklərini söyləyib:

«Çempionlar Liqasının qrup mərhələsində oynamaq gözəl hisslərdir. Qrupumuzda kifayət qədər güclü komandalar yer alıb. Buna baxmayaraq, biz rəqabətə hazırıq. «Çelsi», «Atletiko» və «Roma» kimi klublara qarşı hər gün oynamaq olmur. Bu, bizim potensialımızı göstərmək üçün yaxşı fürsətdir».

Dino komandanın üzərində təzyiqin olmadığını sözlərinə əlavə edib: «Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə çıxış edəcəyik. Qrup mərhələsində təcrübəyə sahib deyilik. Bu, bizim üçün yaxşı sınaq olacaq. İtirəcəyimiz heç nə yoxdur. İlk dəfə çıxış edəcəyimiz mərhələdə əlimizdən gələni edəcəyik. Üzərimidə təzyiq yoxdur».

 





28.08.2017    çap et  çap et