Vaxt.Az

«Onlarla saya bilərəm»


 

Jirinovski Putinin 3 ən böyük səhvi barədə

«Onlarla saya bilərəm» Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski videobloger Yuri Duda müsahibəsində ölkə prezidenti Vladimir Putinin hakimiyyəti dövründə yol verdiyi 3 ən böyük səhvini açıqlayıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının səhvlərindən danışarkən Jirinovski deyib:

«Birincisi, Federasiya subyektləri iriləşdirilməli idi. Altı muxtar dairəni ləğv etdilər, sonra dayandılar. Davam etmək lazım idi», - Jirinovski deyib.

Onun fikrincə, Putinin ikinci səhvi bütün Ukraynanı almaq əvəzinə, Krımı almaqdır. Jirinovski deyib ki, o, hələ 1991-ci ildən – SSRİ dağılmağa başlayanda bu fikirdə olub: «Yalnız biz – RLDP və şəxsən mən o vaxt QKÇP-ni dəstəklədik. Ancaq ona görə ki, ölkə dağılmasın».

Üçüncü səhv kimi liberal-demokratların lideri Putinin kiçik sahibkarlığa münasibətini göstərib. «Bunlar üç əsas səhvdir. Onlarla saya bilərəm», - Jirinovski sözlərini tamamlayıb.

 





29.08.2017    çap et  çap et