Vaxt.Az

Rejimin Babək qalası sancısı bitmir


 

Mərasimə qatılan fəallar məhkəməyə çağırılır

Rejimin Babək qalası sancısı bitmir İyun ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən Qaradağ bölgəsində yerləşən Babək Qalasında saxlanılan və səkkiz gün sonra müvəqqəti olaraq sərbəst buraxılan milli fəallar məhkəməyə çağırılır.

İran Azərbaycanına dair məlumat yayımlayan internet portallarının məlumatına görə, həmin fəallardan Əkbər Cahangiriyə Kəleybər İnqilab Məhkəməsi tərəfindən çağırış vərəqəsi göndərilib.

İyunun 30-da təqribən 15 türk fəal Babək Qalasında təşkil olunmuş və milli tələblərin gündəmə gətirildiyi bir mərasimə qatıldıqları zaman nəzarət altına alınıb. İştirakçılar həmin günlərdə Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirməkdə olan milli fəal Siyamək Mirzayiyə dəstək məzmunlu plakatlar nümayiş etdirmişdilər.

Əkbər Cahangiri həmçinin keçən günlərdə Əhər məhkəməsində kütləvi şəkildə mühakimə olunan fəallardan biridir.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən verdiyi məlumata görə, Cahangiri beş gün ərzində Kəleybər məhkəməsinə müraciət etməlidir.

 





30.08.2017    çap et  çap et