Vaxt.Az

Tereza Mey Yaponiyada səfərdədir


 

Böyük Britaniyanın baş naziri Tokio ilə həmrəylik nümayiş etdirir

Tereza Mey Yaponiyada səfərdədir Britaniyanın baş naziri Tereza Mey Yaponiyaya üç günlük rəsmi səfərə başlayaraq, Şimali Koreya tərəfindən raketin buraxılmasından sonra Tokio ilə həmrəylik nümayiş etdirir.

Meyin Osaka şəhərinə səfəri Yaponiyanın baş naziri Şinzo Abenin Şimali Koreya təhlükəsini diqqət mərkəzində saxladığı vaxta təsadüf edir.

Mey Şimali Koreyanın raket sınağını dayandırması üçün Çini daha çox təzyiq göstərməyə çağırıb. Baş nazir onu da əlavə edib ki, Pekin Şimali Koreya təxribatının qarşısının alınmasında əsas rol oynayır.

Mey həmçinin bu səfərlə Yaponiyanın biznes icmasında Brexitlə bağlı yaranan narahatlıqların aradan qaldırılmasına ümid edir.

Böyük Britaniyanın 2019-cu ilin mart ayında Avropa Birliyindən ayrılması nəzərdə tutulur.

 





30.08.2017    çap et  çap et