Vaxt.Az

«Qarabağ problemi Ermənistana faciə yaşadır»


 

Erməni politoloqdan etiraf

«Qarabağ problemi Ermənistana faciə yaşadır» «Son 25 ildə Qarabağ münaqişəsinin həllində heç bir müsbət dəyişiklik və irəliləyiş olmayıb». Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə politoloq Ayk Martirosyan keçirdiyi mətbuat konfransında deyib.

O, Qarabağ münaqişəsini erməni xalqının ən böyük faciəsi adlandırıb.

«Qarabağ münaqişəsi xalqımızın və dövlətimizin faciəsidir. Biz 25 ildir ki, bu münaqişəyə görə təcrid vəziyyətindəyik. Xatırlamıram ki, 15 il əvvəl hansısa supergüc Qarabağda status-kvonun saxlanmasına qarşı çıxsın. Amma indi hətta Ermənistan da status-kvonun qəbuledilməzliyindən danışır. Halbuki status-kov bizə sərf edir. Hər şey olduğu kimi qalsa, yaxşıdır».

 





31.08.2017    çap et  çap et