Vaxt.Az

F-35, F-15 və B-1 təyyarələri ilə hərbi manevrlər


 

ABŞ, Cənubi Koreya və Yaponiya Koreya yarımadası üzərində bombardmançı və qırıcılarlarla gün nümayiş etdirdilər

F-35, F-15 və B-1 təyyarələri ilə hərbi manevrlər ABŞ və onun müttəfiqləri Şimali Koreyanın raket sınağına hərbi təlimlərin gücləndirilməsi ilə cavab verirlər. Quamdakı hava bazasından səmaya qalxan 2 B-1 bombardmançı təyyarəsi və Yaponiyadan çıxan dörd F-35 qırıcısı 10 saat sürən missiyada Koreya yarımadası üzərindən uçublar.

Amerika təyyarələrinə Yaponiya suları üzərində yapon təyyarələri, Koreya yarımadası üzərində isə Cənubi Koreya təyyarələri qoşulublar. Bu təyyarələr Pilsunq poliqonundakı hədəflərə təlim atəşi açıblar.

Əzələ nümayşi Şimali Koreyanın Yaponiya üzərindən orta mənzilli ballstik raketlər sınaqdan keçirməsindən sonra baş verir.

Bundan bir gün öncə ABŞ hərbi donanması dənizçilərin Havay sahillərindən kənarda orta mənzilli ballstik raketin vurulmasını uğurla sınaqdan keçidrdiklərini məlumat verib.

Şimali Koreya ötən aylarda Yaponiya istiqamətində bir neçə raket buraxıb. Bunların çoxu Yapon Dənizində suya düşüb.

«Şimali Koreyanın əməlləri, bizim müttəfiqlərimizə, tərəfdaşlarımıza və vətənimizə hədədir və onların bu destablləşdirici əməlləri müvafiq şəkildə qarşılanacaq,» deyə General Terrens J. Oşonessi bildirib. ABŞ Sakit Okean Hava Qüvvələrinin rəhbəri əlavə edib: «Lazım gəldiyi an bizim qüvvələrimiz döyüşə ilk atılan və düşmənə zərbələr endirən qüvvələr olacaq».

ABŞ hərbi qüvvələri Şimali Koreyanın təxribatlarına tez-tez əzələ nümayişi ilə cavab verirlər. Ötən ay ABŞ və Cənubi Koreya qüvvələri Pxenyanın qitələrarası ballistik raket sınağından sonra ətraf sulara raketlər atmışdılar.

 





01.09.2017    çap et  çap et