Vaxt.Az

Millimiz Norveçə qarşı


 

Futbolçularımız qalib gəlsə rekord qıracaq

Millimiz Norveçə qarşı Futbol üzrə Azərbaycan yığması bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxır.

Futbolinfo.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız səfərdə Norveç yığması ilə qarşılaşacaq. Ardıcıl üç məğlubiyyətə üzülən futbolçularımız uğursuzluq zolağından çıxmaq üçün Bakıda məğlub etdikləri bu rəqibdən Osloda da xal almağı hədəfləyiblər.

Komandamız skandinaviyalıları məğlub etsə, tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca üç dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaq. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcək. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməyib. Hesabında artıq 2 qələbə olan yığmamız Norveçdəki uğur sayəsində 3-cü sıraya yüksəlmək şansı qazanacaq. Çexiyanın səfərdə güclü Şimali İrlandiya ilə görüşəcəyini nəzərə alsaq, irəliləmək şansı böyükdü.


DÇ-2018-in seçmə mərhələsi

C qrupu

1 sentyabr


22:45. Norveç – Azərbaycan

Polşalı hakimlər qrupu: Daniel Stefanski, Robert Marçin Bonek, David Qolis, Bartoş Frankovski.

Oslo. «Ulleval» stadionu.


 

1.

Almaniya

6

6

0

0

27-1

18

2.

Şimali İrlandiya

6

4

1

1

11-2

13

3.

Çexiya

6

2

3

1

9-5

9

4.

Azərbaycan

6

2

1

3

3-9

7

5.

Norveç

6

1

1

4

6-10

4

6.

San Marino

6

0

0

6

1-30

0

 





01.09.2017    çap et  çap et