Vaxt.Az

«Bunu əminliklə deyirəm»


 

General Zakir Həsənov: «Azərbaycan əsgəri dünyada ən igid əsgərlərdən biridir»

«Bunu əminliklə deyirəm» «Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi olaraq cənab Prezidentin göstərişi ilə cəbhə bölgəsində yerləşən hərbi hissələrə baş çəkirik. Bir neçə hərbi hissədə, ön xətdə olduq. Əsgərlərimizlə görüşdük. Əsgərlərimiz yüksək mərdliklə, igidliklə torpaqlarımızın keşiyindədir. Cənab Ali Baş Komandanın yürütdüyü siyasətin nəticəsi olaraq əminəm ki, torpaqlarımızı işğaldan azad edəcəyik.

Onlar tökdükləri qanlara, törətdikləri əməllərə görə hökmən cavab verəcəklər. Mən bunu əminliklə deyirəm.

Azərbaycan əsgəri dünyanın ən igid əsgərlərindən biridir, mən bunu 40 ildir xidmətdə olan hərbçi kimi əminliklə deyirəm. Bizim ordumuz dünyanın ən güclü ordularındandır. Ali Baş Komandan ordunun daha da güclənməsi üçün bütün mümkün tədbirləri görür».

Virtualaz.org un əməkdaşı xəbər verir ki, bu sözləri müdafiə naziri Tərtərdə yerləşən hərbi hissələrdən birində Qurban bayramı münadibətilə təşkil olunan «Açıq qapı» tədbirindəki çıxışında deyib.

 





02.09.2017    çap et  çap et