Vaxt.Az

ABŞ və Yaponiya birləşdi


 

Şimali Koreyaya qarşı...

ABŞ və Yaponiya birləşdi ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe telefon danışığı zamanı böyüməkdə olan Şimali Koreya problemini müzakirə ediblər.

«Anadolu» bildirir ki, bu barədə Ağ Ev yazılı bəyanat yayıb.

Açıqlamada, ABŞ və Yaponiya liderlərinin Şimali Koreyaya qarşı təzyiqi «ən yüksək səviyyəyə qaldırmaq» məsələsində razılığa gəldiyi bildirilir.

Şimali Koreyanın xüsusilə ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı təhdidinin müzakirə olunduğu telefon danışığımda Trampın BMT meyarları əsasında üç ölkənin yaxın əlaqəsinin əhəmiyyətinə diqqət yetirdiyi qeyd edilib.

 





03.09.2017    çap et  çap et