Vaxt.Az

Yevlax və Mingəçevirdə neft var?!


 

50 il bundan qabaq dayandırılmış geoloji axtarışlar bərpa edilib

Yevlax və Mingəçevirdə neft var?! Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yevlax və Mingəçevir rayonlarında neft axtarır. Bu barədə virtualaz.org saytına AMEA-dan məlumat veriblər. Xəbərdə deyilir ki, Yevlax və Mingəçevirdə neft yataqlarının olduğu ehtimal edilir:
«Bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi qiymətləşdirilib. Həmin vaxt elmi-nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılıb, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb».
AMEA-nın neft axtarışını Dövlət Neft Şirkətinin Elm Fondu maliyyələşdirir. Qeyd edək ki, layihə çərçivəsində Şəkidə də neft axtarışına başlayacaqlar.
 





22.01.2014    çap et  çap et