Vaxt.Az

Ermənistan Bayrağının yerində Azərbaycan bayrağı


 

Ruhu ölmüş əsgərin çevikliyimi olur?

Ermənistan Bayrağının yerində Azərbaycan bayrağı NATO-nun Gürcüstanda keçirilən «Çevik ruh-2017» («Agile Spirit-2017») təlimlərinin rəsmi loqosunda Ermənistan bayrağının əvəzinə Azərbaycan bayrağının görüntüsü əks olunub.

VAXT.AZ azvision.az-a istinadən xəbər verir ki, bu, Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İşğalçı ölkə rəsmiləri hesab edir ki, Ermənistan bayrağı qəsdən çıxarılıb, yerinə Azərbaycan bayrağı qoyulub.

Ermənistanın «Çevik ruh-2017» təlimlərində iştirakı gözlənilsə də, sonradan imtina edilib.

«Erməni hərbçilər təlimlərin rəsmi açılış mərasiminə gəlməyib və iştirak etməyiblər. Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindən indiyə kimi heç bir açıqlama almamışıq», - Gürcüstanın Müdafiə Nazirliyinin ictimaiyyət və strateji kommunikasiya bölməsinin rəhbəri Nino Tolordava bildirib.

Qeyd edək ki, Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə «Çevik ruh-2017» hərbi təlimlər keçirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur. 

ABŞ-ın dəniz piyadalarının da qatıldığı «Çevik ruh-2017» təlimləri yeddinci dəfə keçirilir.

 





05.09.2017    çap et  çap et