Vaxt.Az

«Tramp nişanlım deyil ki...»


 

Putin: «Hesab edirəm ki, dil tapacağıq»

«Tramp nişanlım deyil ki...» Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın fəaliyyətindən məyus olmadığını bildirib. Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bunu o, Çinin Syamen şəhərində keçirdiyi mətbuat konfransında deyib.

D.Trampa münasibəti barədə suala cavab verərkən V.Putin bildirib: «Məyusluqla bağlı onu deyə bilərəm ki, bu sual çox sadəlövh səslənir: nə o mənim nişanlım deyil, nə də mən onun nişanlısı deyiləm ki, məyus olum.

Biz dövlət fəaliyyəti ilə məşğul oluruq. Hər ölkənin öz maraqları var. Tramp fəaliyyətində öz ölkəsinin maraqlarını rəhbər tutur, mən — öz ölkəmin. Hesab edirəm ki, biz ikitərəfli problemlərin həllində hansısa güzəştləri tapmağı bacaracağıq».

 





05.09.2017    çap et  çap et