Vaxt.Az

Merkeli pomidora «qonaq etdilər»


 

Almaniya polisi tıxribatçıları tuta bilməyib

Merkeli pomidora «qonaq etdilər» Çərşənbə axşamı Heydelberq şəhərində keçirilən seçkiqabağı mitinqdə naməlum şəxslər Almaniya kansleri Angela Merkelə pomidor atıblar. Virtualaz.org bildirir ki, bu barədə «Der Spiegel» məlumat yayıb.

Məlumata görə, hökumət başçısı vəzifəsinə namizəd üç min seçici qarşısındankı çıxışını yekunlaşdırana yaxın kütlədən ona tərəf iki pomidor atılıb. Onlardan biri kanslerin sol buduna, digəri isə görüşün aparıcısına dəyib.

Səhnədə olanların üst-başı pomidor şirəsinə bulaşıb. Merkel bu hadisəni təbəssümlə qarşılayıb və hətta onlara üst-başlarını təmizləmək üçün öz dəsmalını təklif edib.

İnsidentə baxmayaraq, Merkel çıxışına davam edib.

Polis pomidoru atan şəxsləri tuta bilməyib. Hüquq-mühafizə orqanları hesab edirlər ki, pomidorları iki müxtəlif insan atıb. Amma onların şəxsiyyəti hələlik dəqiqləşdirilməyib.

 





06.09.2017    çap et  çap et