Vaxt.Az

«Onlar ot yeyərlər, nüvə silahından əl çəkməzlər»


 

Rusiya XİN: «Şimali Koreyaya qarşı dağıdıcı sanksiyaları dəstəkləməyəcəyik»

«Onlar ot yeyərlər, nüvə silahından əl çəkməzlər» Rusiyada keçirilən «Valday» forumu çərçivəsində bu ölkənin xarici işlər nazirinin müavini İqor Morqulov bildirib ki, Moskva Şimali Koreyaya qarşı dövlətin tənəzzülünə gətirib çıxara biləcək sanksiyaları dəstəkləməyəcək.

Virtualaz.org xəbər verir ki, diplomat qeyd edib: «Anlamaq lazımdır ki, Şimali Koreya yalnız son növbədə özünün nüvə proqramından əl çəkəcək».

«Dünən prezident Putinin mətbuat konfransında söylədiyi kimi, onlar ot yeyərlər, nüvə silahından əl çəkməzlər. Buna görə də, biz KXDR-ə növbəti sanksiya təzyiqinin məqsədlərini dəqiq anlamalıyıq. Əgər məqsədiniz bu ölkəni boğmaq, onu kollaps vəziyyətinə salmaqdırsa, Rusiya bunda iştirak etməyəcək», - Morqulov vurğulayıb.

 





06.09.2017    çap et  çap et