Vaxt.Az

Müdafiə Nazirliyi prezidenti saymadı


 

Moldova hərbçiləri Dodonun qadağasına məhəl qoymadı, Ukraynadakı təlimlərə qatılmaq qərarı verdi

Müdafiə Nazirliyi prezidenti saymadı Moldova hərbçiləri sentyabrın 7-dən 23-nə qədər Ukraynada keçiriləcək «Rapid Trident» təlimlərində iştirak edəcək. Xatırladaq ki, prezident İqor Dodon ölkə hərbçilərinin bu təlimlərdə iştirakını qadağan etmişdi.

«Moldova milli ordusunun 57 hərbçidən ibarət kontingenti 7-23 sentyabr tarixlərində Ukraynada Yarovir sülhün dəstəklənməsi üzrə beynəlxalq mərkəzdə keçiriləcək «Rapid Trident» təlimlərində iştirak edir», - Moldova Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilir.

Daha öncə prezident İqor Dodon ölkə hərbçilərinin Ukraynadakı təlimlərdə iştirakını qadağan etmişdi.

Bundan başqa, may aynda Moldova prezidenti bəyan etmişdi ki, ölkənin NATO-da üzvlüyü qətiyyən yolverilməzdir.

 





06.09.2017    çap et  çap et