Vaxt.Az

Generallar Bakıya gəlir


 

NATO və Rusiya komandanları Azərbaycan paytaxtında görüşür

Generallar Bakıya gəlir NATO Hərbi komitəsinin rəhbəri, general Petr Pavel və Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov bu gün Bakıda görüş keçirəcək. Virtualaz.org xəbər verir ki, bu barədə NATO-dan yayılan kommünikedə bildirilir. Görüş Rusiya-NATO əlaqələrinin dondurulmasından bəri ilk dəfə baş tutacaq.

«NATO Hərbi komitəsinin sədri general Pyotr Pavel və Rusiya silahlı qüvvələri Baş qərargahının rəisi, general Valeri Gerasimov bu gün sentyabrın 7-də Bakıda görüşəcəklər», - kommünikedə bildirilir.

NATO qeyd edir ki, bu görüş iki general arasında 2017-ci il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq.

Xatırladaq ki, bu ilin əvvəllərində ABŞ silahlı qüvvələri qərargah rəisləri komitəsinin sədri, general Danfordla Rusiya Baş qərargahının rəisi, general Gerasimov da Bakıda görüş keçirmişdilər. Bu görüşdə nüvə təhlükəsizliyi və Suriyada hərbi koordinasiya məsələləri müzakirə olunub. Prezident İlham Əliyev hər iki generalla ayrılıqda görüş keçirib.

 





07.09.2017    çap et  çap et