Vaxt.Az

Şahanə güləşçi


 

Avropanın birincisi Nəzərova dünya çempionu da oldu

Şahanə güləşçi Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

VAXT.AZ bildirir ki, yarışların üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.

38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib.

Həlledici görüşündə Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.

Qeyd edək ki, Şahanə Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb.

 





08.09.2017    çap et  çap et