Vaxt.Az

«Tapdıq»ın itən nüfuzu


 

Allah kəssin belə məşhurluğu...

«Tapdıq»ın itən nüfuzu Bu fındıqbaş söhbəti hələ çox su aparacaq. O boyda ziyaliya fındıqbaş demək lazim idi sizə, Akif Əli? Bəlkə yuxulu olmusunuz? Bəlkə də özünüz demiş səhərinizi bəd xəbərlə - kəsəsi dəfn yeri suali ilə acmaq istəməmisiniz, buna qarışmıram. Amma gərək səhər-səhər findiq söhbəti etməzdiniz.

Bu findiq ki var, həm xeyirli quru meyvədir, həm də gəlirli sahədir. Bəlkə de Nazirlər Kabinetində tez-tez fındığın faydaları, qeyri-neft sektorunu inkişaf etdirməyin yollarından biri kimi söhbətlər edilir ki, siz də bu söhbətlərin təsirindən alimə fındıq sözünü yaraşdırmısınız. Amma yanlış bir iş görmüsünüz. Vallah illərdir mətbuat katibisiniz, bəlkə də sizi bu illər ərzində heç çox jurnalist tanımayib. Amma bu gün fındıq söhbətinə görə əməlli-başlı məşhuri-cahan oldunuz. Amma Allah kəssin belə məşhurluğu da.

Kaş ki, elə «Tütək səsi»ndəki Tapdiq kimi qalardiniz yaddaşlarda. Cəbrayılla düşmənçilik edən «Tapdıq» bu dəfə Lütfi Zadəsevərlərlə düşmənçilik etdi. Fındıq onu hamıya düşmən etdi. Düzdür üzr istədiniz. Amma söz ağızdan çıxmışdı. Olan da olmuşdu. Alimin de ruhu incik düşmüşdü. Amma yenə də üzr istənildi.

Bir də nə vaxtsa Akif müəllim sizdən soruşsalar ki, filankəsin yubiley tədbirinə hazırlıq necə keçir? Deməyin ki, kimi deyirsiniz? O yumrubaşı?

 





08.09.2017    çap et  çap et