Vaxt.Az

Sözlərinizdən utanın


 

Əgər bundan sonra sizi vəzifədə saxlasalar, ...

Sözlərinizdən utanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli mərhum alim Lütfi Zadəni «Fındıqbaş» adlandırıb və bundan sonra belə açıqlama verib. «Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. Onun alimliyinin mənə dəxli var?»

Akif Əli Azərbaycan yazıçısıdır, filoloq «alim»dir, 2-ci dərəcə Dövlət müşaviridir. İTV kanalında veriliş aparır. Bunları niyə yazdım. Bu qədər titulu özündə daşıyan Akif Əli «Fındıqbaş», «Balqabaqbaş» və «onun alimliyinin mənə dəxli var» sözlərin işlədir.

Bir yazıçıya, alimə və dövlətin mühüm qurumlarından birində dövlət müşaviri statusu ilə tutduğu vəzifəyə yaraşmayan sözləri dilinə alırsa nə deyəsən ona?

Akif Əli! Lütfi Zadə «fındıqbaş» deyil. Əgər elədirsə mərhum Heydər Əliyev, Prezident İlham Əliyev, eləcə də Birinci Vitse-prezident Mehriban xanım Əliyeva onu dünya şöhrətli alim adlandırmazdı. «Fındıqbaş» sizsiniz ki, ölkədə sizi vəzifəyə təyin edən Prezidentin və dünya elminin qəbul etdiyi şəxsi təhqir edirsiniz. Onun alimliyinin düz deyirsiniz Sizə dəxli yoxdur. Çünki Siz alim deyilsiniz. Alim olsaydınız alimi təhqir etməzdiniz.

Ümumiyyətlə əgər bundan sonra sizi vəzifədə saxlasalar, demək elə sizi təyin edənlərdə sizin fikirdədilər....

Utanın bu sözlərinizdən....

 





08.09.2017    çap et  çap et