Vaxt.Az

İran Pxenyana gizli yardım göstərib


 

Qərb Rusiyadan da şübhələnir

İran Pxenyana gizli yardım göstərib Böyük Britaniya hökuməti ehtimal edir ki, İranın gizli dəstəyi Şimali Koreyanın nüvə proqramının sürətli inkişafına səbəb olub. APA-nın xəbərinə görə, bunu «Telegraph» nəşri öz mənbələrinə istinad edərək iddia edir.

Məlumata görə, Böyük Britaniya XİN-i hazırda indiki və keçmiş nüvə ölkələrinin nüvə başlıqlarının hazırlanmasında Şimali Koreyaya yardım göstərib-göstərmədiyini araşdırır. Nəşrin hökumətdəki mənbələri Şimali Koreya alimlərinin bu sahədə müstəqil şəkildə irəliləyişə nail ola biləcəklərinə şübhə ilə yanaşırlar.

Şimali Koreyaya nüvə proqramının inkişaf etdirilməsində yardım göstərə biləcək ölkələrin siyahısına İran liderlik edir. Siyahıda Rusiya da yer alıb.

 





10.09.2017    çap et  çap et