Vaxt.Az

Azərbaycan bürüncə büründü


 

Olimpiadadakı medallarımız artır

Azərbaycan bürüncə büründü Daha bir boksçumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarımfinalda İtaliya təmsilçisi ilə qarşılaşıb. Boksçumuz italiyalı Roberto Kammarelli ilə bacara bilməyib.İlk raund Məcidovun üstünlüyü ilə başa çatıb - 6:4. İkinci raundda bir qədər zəif təsir bağışlayan boksçumuz üstünlüyünü əldən verib - 10:10. Üçüncü raundda rəqibinə 13:12 hesabı ilə uduzan Məcidov olimpiadanı bürünc medalla başa vurub.
Bu Azərbaycanın olimpiadada qazandığı 7-ci medal olub.
Qeyd edək ki, Azərbaycan Londona 8 boksçu ilə yollanmışdı.
 





31.07.2012    çap et  çap et