Vaxt.Az

«Qəbələ»dən təhsilə dəstək


 

600-dən yuxarı bal toplayanlara pul mükafatı və ...

«Qəbələ»dən təhsilə dəstək Topaz Premyer Liqasının IV turu çərçivəsində «Qəbələ» ilə «Zirə» arasında baş tutan qarşılaşmanın fasiləsində xoş olay yaşanıb. «Qırmızı-qaralar»ın rəhbərliyi Qəbələ şəhərinin bir sıra tələbə adı qazanmış sakininə hədiyyələr hazırlayıblar.

Söhbət qəbul imtahanında 600 və daha çox bal toplayaraq ali təhsil ocaqlarına qəbul olunmuş məzunlardan gedir. Azarkeşlərin alqış sədaları altında meydana dəvət alan gənclərə «Qəbələ»nin futbolçuları və əməkdaşları tərəfindən hədiyyələr və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, ötən il də «Qəbələ» bu sahədə fərqlənmişdi. Yeni təhsil ilinin başlanması münasibəti ilə şəhərin bütün şagirdlərinə məktəb ləvazimatları təqdim edilmişdi.

 





10.09.2017    çap et  çap et