Vaxt.Az

«Ağıllı olun!»


 

Türkiyədən kürd liderinə xəbərdarlıq

«Ağıllı olun!» Türkiyə Şimali İraq Kürd Muxtariyyətində keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna görə sərt açıqlama verib.

APA TV-nin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bu qərarın qarşılığının olacağı qeyd olunub: «Muxtariyyətin əks yöndəki bütün dost tövsiyələrə rəğmən referendum barəsindəki qərarında israr etməsinin mütləq bir bədəlinin olacağına diqqət etməsini vurğulayır, muxtariyyət hökumətini tez bir vaxtda ağılla davranmağa və yanlış qərarından çəkinməyə dəvət edirik».

Açıqlamada İraq parlamentinin 12 sentyabrda qəbul etdiyi seçkilərin rədd edilməsi qərarı «məmnuniyyət verici» olaraq qiymətləndirilib, İraqın ərazi bütövlüyü bir daha dəstəklənib.

Bu arada İraqın Səlahəddin şəhərinin vilayət məclisi Şimali İraq Kürd Muxtariyyətinin Səlahəddinin sərhədləri içərisində referendum keçirilməsini rədd edib.

Muxtariyyətin rəhbəri Məsud Bərzani isə müstəqillik üçün əvəz ödəməyə hazır olduqlarını açıqlayıb.

 





14.09.2017    çap et  çap et