Vaxt.Az

London metrosunda partlayış


 

«Sanki böyük bir alov topu vaqon boyunca hərəkət edirdi»

London metrosunda partlayış Böyük Britaniyanın paytaxtı London metrosunda stansiyaların birində partlayış baş verib. «Reuters» agentliyinin məlumatına görə, hadisə şəhərin qərb hissəsindəki «Parson Green» stansiyasında gerçəkləşib.

«Twitter»də yayılan şəkillərdən birində belə görünür ki, partlayıcı ağ rəngli vedrəyə qoyulmuş çantada olub.  London polisinin məlumatına görə, xeyli sayda yaralı var. İngiltərənin «Metro» qəzetinin xəbərinə görə, sərnişinlərdən bəzilərinin sifətlərində yanıqlar olub.

Hadisə yerinə xeyli sayda təcili yardım maşınları gəlib. Partlayışın panikaya səbəb olub. Xeyli sayda adam təşvişə içərisində olan kütlənin ayaqları altında qalıb.

Şahidlərin dediyinə görə, partlayış sərnişinlər vaqonlardan çıxarkən baş verib. «Sanki böyük bir alov topu vaqon boyunca hərəkət edirdi».

Hadisənin terror olub-olmadığı bilinmir.

Statistikaya görə, Londonda hər gün 5 milyondan artıq insan metrodan istifadə edir. 

 





15.09.2017    çap et  çap et