Vaxt.Az

Narkoman it sahibini boğazlayaraq öldürüb


 

Mayor adlı balteryerin qanında yüksək miqdarda kokain və morfin aşkar edilib

Narkoman it sahibini boğazlayaraq öldürüb «The Guardian» yazır ki, İngiltərənin Staffprdşir (Staffordshire) qraflığında balteryer iti BBC-nin sənədli film çəkən qrupunun gözü qarşısında sahibini iti dişləri ilə boğazlayaraq öldürüb.

İlkin müayinə itin qanında kokain olduğunu göstərib.

Məqalədə deyilir ki, itin sahibi Mario Perivoitos mart ayında baş vermiş bu hadisə nəticəsində öz evində ölüb, lakin orada olan BBC çəkiliş qrupu hadisəni lentə almayıb.

Şimali London Tibb Ekspertizasının nəticəsinə görə Mayor adlı itin belə davranışına onun krek kokain (çəkilməsi mümkün olan) yeməsi səbəb ola bilərdi.

Baytar-toksikoloq Nikolas Karmiçel (Nicholas Carmichael) müstəntiqlərə bildirib ki, itin sidiyində yüksək miqdarda kokain və morfin aşkar edilib.

Karmiçel deyib ki, «bu it narkotik maddələri istehlak edib və bəlkə də yeyib».

Onun sözlərinə görə itin hücumuna bunun səbəb olduğunu qəti demək olmasa da, narkotik maddələr heyvanın anormal davranışına səbəb ola bilərdi.

«Belə heyvanlar çox aqressiv olurlar, - deyib həkim, - Çox güman ki, bu itin hücumuna səbəb onun kokain qəbul etməsi olub».

Meyiti yarmış patoloq Culi Hiqqins (Julie Higgins) deyib ki, it sahibinin qırtlağını üzüb.

BBC jurnalistləri «Britaniyanın Narkotik Xəritəsi» adlı filmin çəkilişini aparırdılar və cənab Mario Perivoytos (Mario Perivoitos) həmin vaxt qıc olub.

Proqramın prodüseri Coşua Haddou (Joshua Haddow) iti sahibindən qopara bilsə də, artıq gec idi.

İş üzrə baş ekspert Endryü Uolker (Andrew Walker) məhkəmədə bildirib ki, Perivoitos hücumdan əvvəl kokain qəbul edibmiş.

Uolkerin qənaətinə görə itin sahibi epileptik sarsıntı keçirdiyi vaxt it qəfildən həyəcanlanıb.

Uolker BBC heyətinə cənab Perivoytosu xilas etmək cəhdinə görə təşəkkürünü bildirib.

Polis deyib ki, Mayoru «zərərsizləşdirmək» qərarı qəbul olunub.

 





15.09.2017    çap et  çap et